Yuxarı Qarabağ iqtisadi rayonunun sahibkarlarına 1,9 mln. manatdan çox güzəştli kredit verilib

Yuxarı Qarabağ iqtisadi rayonunun sahibkarlarına 1,9 mln. manatdan çox güzəştli kredit verilib

Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 21 sahibkara 1,9 mln. manatdan çox güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək, 50-dək yeni iş yerinin açılmasına imkan yaranacaq.

Qeyd edək ki, kreditlər sahibkara Ağdam rayonunda keçirilən işgüzar forumda verilib. Forumda çıxış edən nazir müavini Sahib Məmmədov bildirib ki, bu günədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 300-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 44,6 mln. manat güzəştli kredit verilib.

S. Məmmədovun sözlərinə görə, ümumilikdə bu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 116,4 mln. manatadək güzəştli kredit verilib və bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılmasının 3 800-dən çox yeni iş yerinin açılmasına imkan yaradılıb.

Yuxarı Qarabağ iqtisadi rayonunun sahibkarlarına 1,9 mln. manatdan çox güzəştli kredit verilib

Yuxarı Qarabağ iqtisadi rayonunun sahibkarlarına 1,9 mln. manatdan çox güzəştli kredit verilib

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir