Banklar "Facebook"-un Libra ideyasına qarşıdır

Fed – ABŞ-ın Federal Ehtiyatlar Sistemi (Mərkəzi Bank finsiyalarını da yerinə yetirir)  bəzi böyük banklardan Facebook-ın rəqəmsal valyutası Libra haqqında nə düşündüklərini, rəylərini soruşub. Alınan cavablar Libranın xeyrinə olmayıb.

Fed-in Məşvərət Şurasının son aydakı  iclasının protokollarına əsasən, bankirlər  “Facebook” maliyyə bazarlarından kənarda rəqəmsal valyutalı iqtisadi sistem – başqa sözlə, “kölgə bankçılığı” sistemi yaradır”

Kimi fikirlər səsləndiribər. Onların  qənaətinə görə, istehlakçılar Libranı mənimsədikcə daha çox depozit platforması üzərinə keçə bilərlər. Bu isə  likvidliyi azaldacaq. Daha sonra isə bu proses kreditlərə və investisiya xidmətlərinə qədər genişlənə bilər.

Fed prezidenti Jerome Powell və vitse-prezident  Randal Quarles “Facebook”-un rəqəmsal kripto valyutasını dövriyyəyə buraxacağı təqdirdə yüksək audit standartlarına məruz qalacağını bildiriblər. Konqres üzvləri də oxşar rəylər veriblər.

Avropalı ekspertlər isə Libra ideyasını demək olar ki, tamamilə rədd edirlər. Almaniyanın maliyyə naziri Olaf Scholz bu ayın əvvəlində deyib:

Dövlət müstəqilliyinin vacib elementlərindən biri pul çapıdır. Özəl şirkətlərin bunu etməsinə imkan verməyəcəyik. ”

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir