Ramil Quliyev Dünya çempionatında finala yüksəlib

Azərbaycan əsilli, qardaş Türkiyə adına yarışan atlet Ramil Quliyev  Qətərdə keçirilən  Dünya  Atletizm Çempionatında 200 metrə qaçışda finala yüksəlib. Seçmə yarımfinal  mərhələsinin startında bir qədər geri qalsa da, məsafənin yarısından sonra sürətini artıraraq önə çıxan Ramil  final vəsiqəsini əldə edib.

Çempionatda 200 metrə qaçış finalı bu axşam Bakı vaxtı ilə 23:40-da keçiriləcək.

Xatırladaq ki, soydaşımız bu məsafədə dünya və Avropa çempionudur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir