Ermənistanla sərhəddə güllə yarası almış mülki şəxs dünyasını dəyişib

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində  düş­mən tərə­fin təxribatları davam etməkdədir.

Dövlət Sərhəd Xidmətindən aldığımız məlmuata görə, dünən – 2019-cu ilin 02 oktyabr tarixində, saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­r düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralı təcili təxliyə olunub. Görülən tədbirlərə baxmayaraq, həkimlər  onun həyatını xilas edə bilməyiblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir