İlham Əıiyev: beləliklə, Qarabağ - Azərbaycandır və nida işarəsi

Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışb və Ermənistanın Baş nazirinin sərsəm bəyatlarına münasibət bildirib:

Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”,

deyə İlham Əliyev forumun plenar iclasında çıxışı zamanı bəyan edib.  Daha sonra Azərbaycan Prezidenti deyib:

Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsil, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ –  Azərbaycandır və nida işarəsi”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir