Fizika üzrə Nobel mükafatı laureatlarının da adları açıqlanıb

Kimya üzrə olduğu kimi bu il fizika üzrə Nobel mükafatı laureatları 3 nəfərdir. Onlardan biri  – Ceyms Piblz Amerika, ikisi – Didyo Kelo və Mişel  Mayor İsveçrə vətəndaşlarıdır.

İsveçrəlilər 1995-ci ildə günəşəbənzər “51 Peqasa b”  ulduzunun orbitində   Yerə oxşar  planet kəşf etdiklərinə görə indi Nobellə mükafatlandırılıblar. Nobel komitəsi bu ilk kəşfdən sonra müasir astronomiyanın bu istiqamətdə fundamental axtarışlara başlanıldığını əsas  tutub.

Amerikalı fizik isə “fiziki kosmologiyada nəzəri kəşflərə” görə komitə tərəfindən Nobel mükafatına layiq bilinib.

Xatırladaq ki, bütün kateqoriyalar üzrə laureatlar elan olunduqdan sonra mükafatlar sahiblərinə, həmişə olduğu kimi, dekabrın 10-da –  Alfred Nobelin dünyasını dəyişdiyi gün təqdim ediləcək.

 

 

Bu il hər nominasiya üzrə Nobel mükafatının məbləği 9 milyon İsveç kronu  (900 min ABŞ dollarından çox) olacaq.  Bir kateqoriyada laureatların sayı çox olduqda məbləğ onların arasında  bərabər bölünəcək.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir