Türkiyə Fərat çayının şərqində təhlükəsizlik zonası yaratmaq əzmindədir

 

Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləmək və bölgədə təhlükəsizlik zonası yaratmaq əzmindədir. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoy deyib və əlavə edib ki:

Beləliklə, Suriyanın ərazi bütövlüyü və birliyi üçün ciddi bir təhdid aradan qaldırılacaq və gələcəkdə İŞIİD-in  yenidən doğulmasının və oxşar problemlərin qarşısını almaq üçün möhkəm zəmin yaradılacaq”

Onun sözlərinə görə, təhlükəsizlik zonası Türkiyənin maraqlarını və təhlükəsizliyini qorumaq üçün, eyni zamanda Suriyada sakitliyi, əmin-amanlığı və sabitliyi təmin etmək məqsədi ilə yaradılır.

Aksoy  Suriya ərazisindən gələn terror təhlükəsinə qarşı çıxan Türkiyənin  beynəlxalq hüquqa əsaslandığını vurğulayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir