Dünyanın ən rəqabətədavamlı iqtisadiyyatı Sinqapura aiddir 

Dünya İqtisadi Forumunun (WEF) builki Qlobal Rəqabət Qabiliyyəti Hesabatına görə, Sinqapur dünyanın ən iqtisadi və texnoloji cəhətdən rəqabətədavamlı iqtisadiyyatına malikdir.

 Dünya üzrə 141 ölkənin iqtisadiyyatı  103 əsas göstəri əsasında qiymətləndirilib və nəticə etibarı ilə 84,8 xalla Sinqapur birinci olub.

Qlobal rəqabət reytinqində əvvəlki lider – ABŞ 83,7 xalla ikinci, Hong Kong 83.1 xalla üçüncü, Hollandiya 82.4 xalla dördüncü sırada yer alıb.

İsveçrə bu il qlobal rəqabət reytinqində 1 pillə geriləyərək müvafiq olaraq 82,3 xalla 5-ci, Yaponiya da eyni ilə  82,3 xalla 6-cı  yerə geriləyib.

Avropada ən böyük iqtisadiyyata sahib olan Almaniya 4 pillə geriləyərək 81,8 balla 7-ci yerə düşüb. İsveç 81,2 xalla 8-ci, İngiltərə bir pillə irəliləyərək 81,2 xalla 9-cu sırada qərarlaşıb. Danimarka 81,2 xalla 10-cu yerini qoruyub.

Danimarkanı Finlandiya, Tayvan, Cənubi Koreya, Kanada, Fransa, Avstraliya, Norveç, Lüksemburq, Yeni Zelandiya və İsrail izləir.

Türkiyə  bu il balını 0,5 bal yüksəldərək 62,1 xala çatdı. Bu xalla Türkiyə 61-ci sıradakı yerini qoruyub. Türkiyə səhiyyə (100 üzərindən 87,1 bal) və infrastruktur (74 bal) sahələrində irəliləyişə nail olub.

Məruzədə ötən il dünyanın ən iqtisadi və texnoloji cəhətdən rəqabətədavamlı iqtisadiyyatı olan ABŞ-ın bu il ikinci yerə düşməsinə baxmayaraq, yeniliyin hərəkətverici qüvvəsi olaraq qaldığı vurğulanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir