Pentaqon: ABŞ hərbçiləri bu ərazidən çıxarılıb

Türkiyə Silahlı Qüvvələrinin  Suriyanın şimalında hərbi əməliyyat keçirəcəyi ilə ə əlaqədar ABŞ hərbçilərini  ərazidən çıxarıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Conatan Hoffman məlumat verib.

Eyni zamanda,o, ABŞ-ın Suriya ərazisindəki hərbi mövcudluğunun  eyni ilə qaldığını da vurğulayıb.

Conatan Hoffman  Pentaqon adından bəyan edib ki, sabitliyin saxlanılması üçün ən yaxşı yol Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması olacaq. Pentaqon sözcüsü deyib:

Təəssüf ki, Türkiyə təkbaşına hərəkət etməyə qərar verdi. Biz Suriyanın şimalından ABŞ hərbçilərini onların təhlükəsizliyini təmin etmək üçün çıxardıq”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir