Barış Pınarı" hərakatı çərçivəsində 7 kənd terroristlərdən təmizlənib

Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və dinclik gətirmək məqsədiylə TSK  Suriya Milli Ordusu (SMO) ilə Suriyanın şimalında YPG / PKK və İŞİD terror təşkilatlarına qarşı başladılan “Barış Pınarı” hərakatı çərçivəsində ilk olaraq  El Yabse və Tel Fander kəndləri  terroristlərdən azad edilib.

Daha 5, ümumilkdə 7 kənd terrordan təmizlənib

Əməliyyat çərçivəsində Tel Abyaddakı Mousairr, Dedat və Rəsulayndakı Kishto kəndləri də terroristlərdən azad edilib.

Sonra Tel Abyadın şərqindəki Bir Aşık və Hamidiye kəndləri terrorçulardan təmizlənib.

SMO qüvvələri kəndlərdə  axtarış işləri aparır və təhlükəsizlik tədbirləri görür.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir