Britaniyada xalis qızıldan bank kartı istehsalına başlanılıb

Böyük Britaniyanın Kral zərbxanası xalis qızıldan  debet bank kartlarının istehsalına başlanıldığını açıqlayıb.

Zərbxananın rəsmi saytında verilən məlumatda deyilir:

Saf qızıldan hazırlanan ödəniş kartı eksklüziv bank imtiyazları əldə etmək istəyən şəxslər üçündür”

“Raris” adlandırılan kart “Mastercard” sistemi və elektron ödəniş texnologiyaları üzrə ixtisasl  “Accomplish Financial” kompaniyası ilə  birgə istehsal edilir və dünyada qiymətli metaldan hazırlanan  ilk bank kartıdır.

Kart 18 karatlıq (750 əyar) qızıldan hazırlanacaq və üzrinə sahibinin  ad-familiyası və imzası həkk olunacaq.

Bu kart sahibləri faizsiz valyuta mübadiləsindən və ya turist səyahətləri zamanı  sutka ərzində fəaliyyət göstərən “konsyerj” xidmətləri kimi genişləndirilmiş bank funksiyalarından, eləcə də  bir sıra digər imtiyazlarından istifadə edə biləcəklər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir