Türk aviasiyası sərrast atışla terroristlərin yeraltı cəbbəxanasını məhv edib (VİDEO)

Türkiyə Müdafiə Nazirliyi  “Sülh çeşməsi” anti-terror əməliyyatı çərçivəsində həyata keçirilən növbəti uğurlu həmlənin video görüntülərini ictimaiyyətlə paylaşıb.

Türk Ordusu  zərgər dəqiqliyi ilə  terrorçulara məxsus yeraltı cəbbəxananı və onun önündə dayanıb sursat yüklənən avtomobili sərrast aviasiya zərbəsi ilə məhv edib.

Birinci atəşdə  bunkerin üst bloku və avtomobil, ikincidə isə (çox güman ki, dərilik mərmisi ilə) özü darmadağın olunub.

Xatırladaq ki, Türkiyə Ordusu  bu əməliyyatlarda yeraltı beton bunker və tunelləri məhv etmək üçün milli hərbi sənaye sənayesinin məhsulu olan xüsusi aviasiya mərmilərindən istifadə edir: mərmi ilk partlayışla 2 metrədək  sərt betonu belə dəlib keçir, daha sonra ikinci dağıdıcı partlayış baş verir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir