Bakı Caz Festivalı: "Daha çox caz, daha çox intellekt"

Paytaxtımızın ev sahibliyi etdiyi ənənəvi beynəlxalq incəsənət layihələri arasında Bakı Caz Festivalının məxsusi yeri var. Festival hər il müxtəlif ölkələrdən tanınmış caz ifaçı və qruplarını bir araya gətirir.

Mədəniyyət Nazirliyinin də dəstək verdiyi festivalın builki açılışı ölkəmiz üçün əhəmiyyətli bir tarixə, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə təsadüf etdi. Budəfəki caz bayramı “Daha çox caz, daha çox intellekt” şüarı altında gerçəkləşir. Qız qalasının yaxınlığında quraşdırılan səhnədə “Broadway Express Show”, Kubanın “Yanssel və Los Amiqos”, Türkiyənin “Ercüment Örkut Trio” qrupları, Afşin Əlizadə, qarmon ifaçısı Seymur Həsənov kimi yerli caz qruplarının çıxışlarını izləyənlər rəngarəng musiqidən böyük zövq alıblar.

Festivalın konsertləri “Landmark”, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, filarmoniyanın Kamera və orqan musiqisi zalında təşkil ediləcək.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları daxildir. 10 gün müddətində Bakının qaynar caz həyatını “Euronews” telekanalının komandası işıqlandıracaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir