"Beşiktaş"ın  34-cü prezidenti seçilib

“Beşiktaş”  klubunun (BJK) növbədənkənar seçkisində Əhməd Nur Çebi ağ-qaraların yeni prezidenti seçilib

BJK Akatlar Mədəniyyət və İdman Kompleksində keçirilən səsvermədə 8529 seçicidən 5009-u Əhməd Nur Çebiyə səs verib.  Beləliklə, o, “Beşiktaş”ın  34-cü prezidenti olub.

Digər namizədlər – Serdal Adalı 2983, Hürser Tekinoktay 537 səs toplaya bilib.

Əhməd Nur Çebi 1959-ci ildə anadan olub. 1978-ci ildə TED Karabük Kollecindən, 1983-ci ildə isə Mərmərə Universitetinin İqtisadiyyat Fakültəsindən məzun olub. Evlidir, iki uşaq atasıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir