NASA "21/Borisov" quyruqlu ulduzunun görüntülərini yayımlayıb

Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmos Agentliyi – NASA-nın “Hubble” kosmik teleskopu Günəş sisteminin xaricindən gələn “21/Borisov” quyruqlu ulduzunu (kometa) qeydə alıb.

NASA kometanın 12 oktyabrda qeydə alınan 7 saatlıq görüntüsünün sürətləndirilmiş halını internet saytında yayıb. Videoda quyruqlu ulduzun nüvəsinin ətrafında sıx toz buludu və mavi qaz təbəqəsiylə əhatə olunduğu görünür.

NASA-nın mütəxəssisləri hesab edir ki, bu, indiyə qədər bir kometanın qeydə alındığı ən aydın görüntüdür.

Saatda təxminən 177 min kilometr sürətlə hərəkət edən quyruqlu ulduzun 7 dekabrda Günəşə doğru yol alacağı, sonra hiperbolik trayektoriyada Günəş orbitini kəsib  2020-ci ilin ortalarında sistemdən çıxacağı proqnozlaşdırılır.

 

Xatırladaq ki, krımlı həvəskar astronom və teleskop istehsalçısı Gennadi Borisov tərəfindən 30 avqustda kəşf edilən quyruqlu ulduz bu günə qədər Günəş sistemindən keçdiyi aşkar olunmuş  ikinci kometadır. Bundan əvvəl – 2017-ci ildə kəşf edilən “Oumuamua” quyruqlu ulduzu Günəşi təxminən 38 milyon kilometrdən  tangens trayektoriya ilə keçdikdən sonra bizim ulduz  sistemindən ayrılmışdı.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir