BDU-nun 100 illiyi münasibətilə tədavülə gümüş pul buraxılıb

Azərbaycan Mərkəzi Bankı Bakı Dövlət Universitetinin  100 illiyini əbədiləşdirib:  nominal dəyəri 5 AZN olan gümüş yubiley pul nişanını tədavülə buraxıb.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31,1 qram, diametri   38,61 millimetrdir.

Pullar  Böyük Britaniyanın “The Royal Mint” şirkəti tərəfindən, beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Bakı Dövlət Universiteti 100

Pulun  üz tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri,  Heydər Əliyevin BDU haqqında kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər; arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pulun nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir