“Biznesin aparılması” reytinqində Gürcüstan qonşularından irəlidə, Ermənistan Azərbaycandan geridədir

Dünya Bankının  yaydığı 2020-ci ilin “Biznesin aparılması” reytinqində (Doing Business) Gürcüstan 190 ölkə arasında bir pillə geriləyərək yeddinci yerə enib.

2020-ci ilin hesabatında Gürcüstan 83,7 bal ilə dəyərləndirilib və əvvəlki il ilə müqayisədə (sıralamada bir pillə geriləsə də) ümui hesabına 0,2 bal  əlavə edə bilib.

Reytinq 10 göstərici – kateqoriya əsasında tərtib olunur. Onlardan  beşində Gürcüstanın mövqeyi  yaxşılaşıb, digər beşi üzrə isə göstəricilər dəyişməz qalıb.

Gürcüstanın ən yüksək göstəricisi biznes qurmaq üçün ölkədəki münbit şəraitlə bağlıdır. Bu göstərici üzrə  ölkə dünyada ikinci yerdədir və ondan öndə  Yeni Zelandiyadır.

Yeni Zelandiya ümumi nəticədə də reyting siyahısına rəhbərlik edir. Növbəti yerləri müvafiq olaraq Sinqapur, Honkonq, Danimarka, Cənubi Koreya və ABŞ tutub. İlk onluğa Gürcüstandan sonra Böyük Britaniya, Norveç və İsveç daxildir.

Məlumat üçün bildiririk ki, Azərbaycan biznesin aparılıması reytinqində  qardaş Türkiyədən sonra 34-cü sırada yer alıb.  Şimal qonşumuz – Rusiya 28-ci, işğalçı Ermənistan 47-ci  olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir