AMEA-da struktur islahatları aparılıb, bəzi idarə və şöbələr ləğv olunub

 AMEA-da struktur islahatları aparılıb, idarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb.

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb.

Eyni zamanda, Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb.

Məlumata görə, struktur islahatları bundan sonra da davam edəcək və AMEA-nın Rəyasət Heyətinin aparatının digər idarələri ləğv olunaraq şöbə, şöbələrin isə ləğv olunaraq sektor yaradılması gözlənilir.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin aparatının ləğv olunan Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev vəzifəsindən azad edilib. Onun yerinə yaradılan İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə isə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov təyin olunub.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir