Dünyanın ən məşhur robotları Bakıya gətiriləcək

Dünyanın ən məşhur robotları Bakıya gələcək

Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” – robotların nümayişi  nəzərdə tutulur.

“Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alacaq . Həmçinin sərgidə müxtəlif sumo, güləş və dron yarışları, kosmo-zona və 20-dən çox digər interaktiv zonalar təşkil olunacaq.

Qeyd edə ki, sərgi 3-6 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir