Diyarbəkirdə anaların aksiyası 72 gündür davam etməkdədir (video)

Diyarbəkirdə kürd anaların HDP qərargahı qarşında  keçirdikləri tələb aksiyası davam edir.

Xatırladaq ki, 72 gün əvvəl başlamış bu fasiləsiz növbətçilik aksiyasında iştirak edən analar övladlarının PKK terror təşkilatına müxtəlif üsullarla cəlb edilməsində HDP-ni günahlandırırlar. Onlar övladlarını tələb edir, onları geri almadan aksiyalarına son verməyəcəklərini bildirirlər.

Qeyd edək ki, aksiya nəticəsiz olmayıb: PKK-ya qoşulmuş bəzi gənclər valideynlərinin tələbi ilə terror təşkilatından ayrılaraq ailələrinə qovuşub. Onların və digər ələ keçirilən terroristlərin verdiyi məlumata görə, terror təşkilatından qurtulmaq, qaçmaq, ayrılmaq  istəyən  gənc çoxdur. Amma terroristlər buna imkan vermir, buna açıq etiraz edənləri ciddi cəzalandırır, hətta güllələyirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir