“İnsanların seçimi” - “Azərbaycan: bir daha bax”

Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı  müsabiqə keçirilib. 140 ölkənin qatıldığı müsabiqənin seçim mərhələsindən  Azərbaycan da daxil olmaqla 28 ölkə növbəti mərhələyə vəsiqə qazanıb. Sonda Azərbaycan Turizm Bürosunun  təqdim etdiyi “Azərbaycan: bir daha bax” (“Azerbaijan: Take Another Look”) videoçarxı  “İnsanların seçimi” nominasiyasının əsas mükafatına – Qran-Priyə  layiq görülüb.

Qeyd edək ki, destinasiya təbliğatı filmi bundan əvvəl  “FilmAT” festivalının “Ən yaxşı ölkə təbliğatı filmi” kateqoriyasında birinci yeri tutub.

“Azərbaycan: bir daha bax” videoçarxını respublikamızın turizm potensialını təbliğ edən, onu turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi  tanıdan  uğurlu  layihə saymaq olar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir