ABŞ senatoru 1915-ci il qərarını bloklayıb

ABŞ senatoru Lindsi Qrem qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinə səs verməni bloklayıb

ABŞ senatoru 1915-ci il qərarını blokladı

Demokrat senator Robert Menendezin qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi üçün Senatda səs verilməsi təklifinə cavab olaraq Qrehem səsverməyə veto qoyub və deyib:

Bir neçə saat əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ağ Evin rəhbəri Donald Trump ilə Suriyada Türkiyənin hərbi əməliyyatları ilə əlaqədar qarşılaşdığımız problemləri müzakirə etdik. Ümid edirəm ki, Türkiyə və Ermənistan bu məsələni öz aralarında (1915-ci il hadisələrini) müzakirə edə biləcəklər. Senatorlar “tarixi yenidən yazmamalı” və tarixi həqiqətləri əslində olduğundan fərqli qəbul etməməlidirlər”

Lindsay Graham konqresmenləri qərar qəbul edərkən Türkiyə-Amerika münasibətlərinin perspektivlərini nəzərə almağa çağırıb.

Qeyd edək ki, ABŞ Senatının hər hansı bir üzvü qətnamə layihələri üzrə səsverməyə veto qoymaq hüququna malikdir.

Xatırladaq ki, oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” nı tanıyan qətnamə layihəsini qəbul etmişdi.

Nümayəndələr Palatasının 405 üzvü qətnamə layihəsinin lehinə, 11 nəfər isə əleyhinə səs vermişdi.

Türkiyə ABŞ Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə bağlı qərəzli mövqeyini tanımadığını  və qəbuledilməz olduğunu  bəyan etmişdi.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir