"Facebook" il ərzində 5,4 milyard saxta hesabı ləğv edib

 

“Facebook”  bu il bağlanan saxta hesablarla əlaqədar açıqlama verib.  Məluata görə,  bu sosial şəbəkə platformasında cari ilin ötən müddətində 5,4 milyard ‘fake’  (saxta) hesab açıldıqdan bir neçə dəqiqə sonra dərhal silinib.

Şirkət saxta, zərərli hesablar yaratmaq cəhdlərini aşkar etmək və qarşısını almaq imkanlarının genişləndiyini, sistemin daha da təkmilləşdirildiyini açıqlayıb. Eyni zamanda  təsbit sistemlərinin hər gün milyonlarla saxta hesabı ləğv edəcəyi də diqqətə çatdırıllıb.

Şübhəsiz,  “Facebook”un sistem təkmilləşdirmələri və saxta profillərlə (hesablarla) total mübarizə aparması dünyada, eləcə də Azərbaycan seqmentind troll “ordu” mənsublarının işinə yaramasa da,  digərlərini daha məsuliyyətli olmağa sövq edəcək…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir