"Ən böyük mükafat həyat qurtarmaqdır"

Sentyabr ayında Almaniyada ilin həkimi seçilən türk əsilli Dilək Gürsoy layiq görüldüyü “German Medical Award 2019” mükafatını noyabrın 18-də Düsseldorf Konqres Mərkəzində keçirilən mərasimdə aldı.

“German Medical Award” almanca danışılan ölkələrdə – Almaniya,Avstriya və İsveçrədə ilin həkimlərinə təqdim olunan ən nüfuzlu alman tibb mükafatıdır. Dr.Dilək Gürsoy Almaniyada,eləcə də Avropada süni ürək köçürülməsi əməliyyatını gerçəkləşdirən ilk və tək qadın kardiocərrahdır.Bu,tanınmış cərrahın süni ürək implantasiyası sahəsində təqdirəlayiq tibb fəaliyyətinə görə qazandığı mötəbər “Victres” mükafatından sonra növbəti nailiyyətidir.

2012-ci ildə ilk uğura imza atan Dilək xanım insanlar və heyvanlara cəmi 50 süni ürək nəql edib.2010-cu ildən indiyədək yeni model süni qəlb yaratmaq istiqamətində əzm və mətanətlə çalışmaqdadır.

Daha səssiz,rahat,uzunömürlü və süni zəka ilə rabitəli sistemdə işləyə biləcək müasir implantın tətbiqi 2023-cü il üçün nəzərdə tutulur. Gözlənilən yenilik ürək çatışmazlığından əziyyət çəkən insanlar üçün ümumbəşəri əhəmiyyət kəsb edən bir töhfə olacaq.

“Ən böyük mükafat həyat qurtarmaqdır” deyən Dilək Gürsoyla Avropa və bütün türk dünyası qürur duyur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir