Qarabağ müharibəsində erməniləri məğlubiyyətdən Rusiyanın o vaxtkı baş naziri Yeqor  Qaydar xilas edib

 

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan tezliklə memuar yazmaq niyyətindədir. O,  bunu  ölkəsində “Profil” proqramına verdiyi müsahibədə Ermənistanın Baş naziri vəzifəsində olduğu dövrdən bəhs edərkən bildirib.  Hrant Baqratyan deyib:

Hökumətdə baş verənlər haqqında ətraflı yazmalıyam. Bütün gündəlikləri saxlamışam, onlara baxıram,  gələcək nəsillərin bilməli olduqları çox məlumat var. Cəmiyyətdən saxlanılmış gizli məktublar  mövcuddur”.

Ermənistanın eks-hökumət başçısı Rusiya Federasiyasının keçmiş Baş Naziri Yeqor  Qaydar  ilə münasibətləri barədə danışarkən Hrant Baqratyan onun 1990-cı illərin əvvəllərində Ermənistan üçün çox şey etdiyini və xidmətlərinin misilsiz olduğunu bildirərək:

Məsələn, 1992-ci ilin yayında biz məğlub olduğumuz zaman, çıxış yolu yox idi, düşmən Gandzasar’a (red: Ağdərəyə) girmişdi, hər şey dağıdılmışdı, mən hələ baş nazir deyildim və  sanki onların  (azərbaycanlıların) Stepanakertə (red: Xankəndinə) girmələrinə, bundan  sonra danışıqlara oturulmasına  qərar verilmişdi. Azərbaycanlıların hava qüvvələri var idi, bizdə isə  yox. Daha sonra, 1993-cü ildə, mən baş nazir olanda iki həftə ərzində effektiv hava müdafiəsi yaratdıq. Bu hava qüvvələrinə qarşı mübarizə aparmaq lazım idi və biz Mardakert rayonunda hava döyüşü aparmaq imkanı əldə etdik. İndi bundan artıq danışmaq istəmirəm. Bu şəhərin ən yaxşı küçələrindən birinə, o cümlədən  Stepanakertdə (red: Xankəndində)  Qaydarın adı verilməlidir. Ümid edirəm ki, bu baş verəcək. Qaydar olmasaydı, Qarabağ olmazdı”…

, – söyləyib.

Ermənistanın keçmiş baş naziri məhz Yeqor Qaydarın dəstəyi sayəsində  müharibə şəraitini və nəticələrini xeyirlərinə dəyişdiklərini vurğulayıb. Bu səbəbdən, o,  Ermənistan və Qarabağ “rəhbərliyinin”  Qaydarın parlaq xatirəsini qorumaq üçün hər şeyi etməli olduğunu xüsusi qeyd edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir