İranda ixtişaşlar davam edir: banklara böyük ziyan vurulub

İranın “Hamshahrionline” (Həmşəhri) xəbər saytı  15 noyabrdan ölkənin 40-dan çox şəhərini əhatə edən nümayişlərdə 900-dən çox bank və  şöbələrinə, eləcə də  təxminən 3 min ATM (bankomata) zərər vurulduğunu yazır.

Digər İran mətbuat orqanları  İsfahanda 36, Xürrəm Abadda 40 bank şöbəsinə od vurulduğu barədə xəbər yayıb. Ən çox zərərçəkən şəhər paytaxt Tehran olsa da,  bu barədə səhih məlumat verilməyib. Məşhəd şəhərindəki nümayişlərdə isə bank şöbələrinə zərər yetirilməyib.

İran Mərkəzi Bankının məlumatına əsasən,  ölkədə ümumilikdə 21 min 319 bank şöbəsi var.

İranlılar etiraz bildirir, digər tərəfdən bank və şöbələrinə zərər vururlar

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının sanksiyalarının da təsiriylə iqtisadi gərginlik altında yaşamağa məcbur qalan İran xalqı 15 noyabrdan benzin qiymətlərinin 3 dəfə artırılmasına etiraz bildirmək üçün bir neçə mərkəzi şəhərdə mitinqlərə başlayıb. Daha sonra bu etiraz siyasi  tələb və şüarlarla böyüyüb, hökumət qüvvələri etirazçılara qarşı zor tətbiq etməyə başlayıb.

Beynəlxalq Əfv Təşkilatı hadisələr zamanı 115 nəfərin həyatını itirdiyini açıqlayıb. Bəzi mənbələr həyatını itirənlərin bundan bir neçə dəfə çox olduğunu iddia edir. Tutulanların sayı isə minlərlər qeyd olunur.

İranın rəsmi dairələri ixtişaşlar zamanı dövlət mülkiyyətinə ziyan vuranların əsasən PKK-nın İran qolu olan PJAK və digər terror təşkilatlarının üzvləri olduğu qənaətindədir və bu barədə fikirlər mətbuatda da yer alıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir