Mars sirləri ilə heyrətləndirməkdə  davam edir

Qırmızı planetdə metan qazının miqdarının artıb-azalmasının səbəbini  izah etməkdə aciz qalan alimlər indi də oksigenlə bağlı eyni suala cavab tapa bilmirlər.

Xatırladaq ki, Mars atmosferi illərdir  müşahidə altında saxlanılır və planetə göndərilmiş zondlardakı  cihazlar  vasitəsilə  qazların miqdarı ölçülür.

Son 3 Mars ili  (bu  6 Yer ili deməkdir) ərzində tutulan “jurnal” əsasında müəyyən olunub ki, planet atmosferindəki oksigenin miqdarı  nizamsız olaraq gah azalır, gah da artır.

Qeyd edək ki, mütəxəssislər hələ də Mars planetində oksigenin mənbəyini tapa bilməyiblər.  Mövcud elmi təsəvvürlərə, kimya qanunlarına görə, Marsda oksigen olmamalıdır. Amma var!  Üstəlik, mənbəyi bilinməyən  oksigenin miqdarı dəyişir və ilbəil artır.

Mars atmosferi 95 faiz karbon qazından, 2,6 faiz molekulyar azotdan, 1,9 faiz arqondan,  0, 06 karbon monooksiddən və 0,16 faiz oksigendən ibarətdir.

Planetdə atmosfer təzyiqi ilboyu dəyişir. Bu səbəbdən qış dövründə karbon qazı  donur, nəticədə planet üzərində təzyiqin tarazlaşması üçün qalan qazların balansı dəyişir. Yazda isə qütb “şapka”ları əriyən zaman əks proses gedir.  Beləcə, qaz  balansının əvvəldən necə dəyişəcəyini müəyyənləşdirmək mümkün olur. Məsələnin qəribliyi də ondadır ki, oksigenin miqdarı bu qanunauyğunluğa tabe olmur və hər iki halda –  qışda və  yazda da miqdarı 30 faiz artır.

Alimlər bu müəmmanı çözə bilmirlər. Hətta bununla bağlı hər hansı fərziyyə belə irəli sürməkdən çəkinirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir