BDU-100: Məzun Forumu

Bu gün Bakı Konqres Mərkəzində “Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu” keçirilir.

Tədbirin əsas məqsədi “Universitet – Məzun” münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.

Forumda əsas müzakirə mövzusu qloballaşan dünyada universitetlərin rolu, yeni çağırışlar və gözləntilər, universitet məzunlarının gələcək birgə fəaliyyət istiqamətləridir.

Tədbirdə müxtəlif illərdə universiteti bitirmiş məzunlar, eyni zamanda vaxtilə  Bakı Dövlət Universitetində təhsil almış  Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB ölkələrindən olan kadrlar, müxtəlif təşkilatların və birliklərin nümayəndələri iştirak edirlər.

BDU-nun forum qarşısında duran əsas vəzifəsi əcnəbi məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələri üzrə əlaqələrin qurulmasına və inkişafına xidmət məqsədilə “Beynəlxalq Məzun Assosiasiyası” yaradılması məsələsidir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir