BDU-nun dörd əməkdaşı fərdi təqaüd alacaq

Prezident İlham Əliyev BDU-nun dörd əməkdaşına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə  Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Abdullayev Sərhəddin Qubaddin oğlu

Göyçayskiy Şövqisəfa Yusifziya oğlu

Quliyev Akif Ələkbər oğlu

Rüstəmov İzzət Əşrəf oğlu.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir