“Gənclərə dəstək”: “Milli musiqi alətlərimiz – milli sərvətimizdir”

Noyabrın 25-də “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti tədbir həyata keçirilib. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı konsert proqramı təqdim edilib.

Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifa etdiyi rəngarəng və bir-birindən maraqlı kompozisiyalar tamaşaçıların ruhunu oxşayıb.

Filarmoniyanın direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təşəbbüsü və respublika Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən“Gənclərə dəstək” layihəsinin Azərbaycan və dünya musiqisinin təbliği, gənc nəslin estetik tərbiyəsinin formalaşması, dünyagörüşünün inkişafı istiqamətində rolu təqdirəlayiqdir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir