Türk filmləri həftəsi başladı

Noyabrın 25-də Nizami Kino Mərkəzində V  “Türk filmləri həftəsi”nin açılışı olub.

Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşıb.

Paytaxtımızda keçirilən türk filmləri həftəsi çərçivəsində kino həvəskarları maraqlı filmlər izləyəcəklər. Tamaşaçılara dünya festivallarında mükafatlar almış,  peşəkar rejissorların çəkdiyi  filmlər təqdim olunacaq.

Gözəl film bayramı günlərində – noyabrın 26-da “Locman” və “Kapan”, noyabrın 27-də “Annem” və “Çakallarla dans-5”, noyabrın 28-də “Çakallarla dans-5” və “Kapan”, noyabrın 29-da isə “Rafadan tayfa” və “Annem”  filmləri  nümayiş etdiriləcək.  Bu filmlərə baxmaq üçün Nizami Kino Mərkəzinə giriş  pulsuzdur.

Gələcəkdə türk həftəsi çərçivəsində Azərbaycanın digər bölgələrində də türk filmlərinin təqdimatı nəzərdə tutulur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir