Musiqili Teatr hər kəsi Yeni ili birlikdə teatrda qarşılamağa dəvət edir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ənənəvi olaraq 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  Yeni il bayramı münasibətilə hazırlıq işlərinə başlanılıb.

Teatrın yaradıcı kollektivi qış tətili günlərində uşaqları bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşası ilə sevindirəcək.

Yeni il tamaşaları dekabrın 27-dən 2020-ci il yanvar ayının 5-dək hər gün dörd seans  ( saat 10:30, 12:30, 14:30 və 16:30-da) nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı hər kəsi Yeni ili teatrda birlikdə qarşılamağa dəvət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir