İraqda etirazçılar Nəcəf şəhərindəki İran konsulluğunu yandırıblar

İranın İraqdakı konsulluğu

İran, İraqdan çıx

Binanı alova verən  etirazçılar “İran, İraqdan çıx” şüarı səsləndiriblər.

Hadisə yerindən məlumat yayan xarici mətbuatın verdiyi məlumata  görə, konsulluğun əməkdaşları aksiyadan  öncə  binanı tərk edə biliblər.

Bu, ay ərzində İranın İraqdakı konsulluğuna edilən ikinci hücumdur. Son insident zamanı polisin etirazçıları kənarlaşdırmaq cəhdi uğursuz olub  – kütlə  konsulluğa basqın edərək onu yandırıb.

Nümayişçilər İranı İraqın daxili işinə qarışmaqda və hökuməti dəstəkləməkdə ittiham edirlər.

İraqda nə baş verir?

Xatırladaq ki, təxminən iki aydır İraqda xalq üsyan edir.  Etirazçılar korrupsiyaya, rüşvətə son qoyulmasını, yeni iş yerlərinin açılmasını və sosial ədalət tələb edirlər.  Zorakılıqla müşayiət olunan  etiraz aksiyaları zamanı iddialara görə,  azı 344 nəfər həlak olub.

“Reuters” agentliyi  çərşənbə axşamı İraq təhlükəsizlik qüvvələrinin  Kərbəla və Bəsra şəhərlərində  daha  5 nəfəri öldürdüyünü yazır.

İranın İraqdakı konsulluğu

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir