ABŞ müfəttişləri Putinin “yenilməz” raketini təftiş ediblər

 

Amerikalılar Rusiyanın hipersonik – səs sürətini dəfələrlə üstələyən  yeni “Avangard” raketlərini təftiş ediblər.

Raket  haqqında ilk dəfə  Rusiya prezidenti  Vladimir Putin bu ilin mart ayında fəxarətlə məlumat vermişdi.  Daha sonra raketlərin uğurla sınaqdan çıxarıldığı  barədə də mətbuatda  yazılmışdı.

“Avangard”  qitələrarası ballistik  raketi  səsdən 27 dəfə  sürətlidir.  Bir önəmli özəlliyi də atmosferdə manevr qabiliyyətinə malik olmasıdır.

Rusiya Müdafiə Nazirliyi  ABŞ-la 2011-ci ilin fevralında bağlanılmış və qüvvədə olan “Hücum silahlarının azaldılması haqqında”  müqaviləyə sədaqət  təzahürü olaraq   “Avangard”ı amerikalı inspektorlara göstəriblər.  Amerikalılar raketə noyabrın 24-dən 26-a  kimi baxış keçiriblər.

Rusiya mənbələri “Avanqard” komplekslərinin gələn aydan rəsmən RF Silahlı Qüvvələrinin arsenalında “xidmətə” başlayacağını elan ediblər.

Xatırladaq ki, RF prezidenti “Avangard” kompleksi haqqında danışarkən, onun yenilməz  olduğunu söyləmiş, amerikalıları şoka salmışdı.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir