YAP Siyasi Şurası Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib

YAP Siyasi Şurası partiyanı təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edibYeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

APA-nın məlumatına görə, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.

Qeyd edək ki, bu gün saat 14.00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların hakim partiya Siyasi Şurasının tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir