Fransanı ağuşuna almış ümummilli tətil ictimai həyatı iflic edib

Fransada prezident Emmanuel Makronun pensiya islahatlarına  ictimai etiraz sürür və ölkə boyu tətillər  xaos yaradıb.

Dünən  etiraz aksiyalarına 800 min nəfər  qoşulub  və çox sayda sənaye işçisi tətilə çıxıb.

Dəmiryolçuların və nəqliyyat sektorunun tətili səbəbindən ölkə ərazisində dəmir yolu sfərləri demək olar ki, tamamilə dayanıb, böyük şəhərlərdə nəqliyyatın hərəkəti iflic olub.

Versal Sarayı  ikinci gündür ki,  bağlıdır. Luvr Muzeyi və Eyfel Qülləsi kimi turizm məkanları turustlərin qəbulunda çətinlik çəkirlər.

Eyni zamanda  dövlət xidmətlərində, xüsusən təhsil və səhiyyə sahələrində də ciddi poblemlər yaşanır.

Pensiya islahatına müddətsiz  tətil  təpgisi

Fransa üzrə bir çox sektor işçisi Macron rəhbərliyinin pensiya islahatlarına etiraz əlaməti olaraq müddətsiz tətil elan edib.

İslahat təqaüdə çıxarılarkən məmur və işçilər arasında fərq qoyulmasını və pensiya yaşının tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Etirazçılar bunu məqbul hesab etmir, eyni zamanda dəyişiklilərin  əksər sektorlara mənfi təsir göstərəcəyi  qənaətindədirlər.

Tətil edənlər arasında  tələbələr, müəllimlər, məmurlar, vəkillər,  polislər,  o cümlədən tibb işçiləri –  həkimlər, tibb bacıları, təcili yardım işçiləri var.  Parisdə və ətrafında ictimai nəqliyyat təşkil edən  RATP, Fransa Milli Dəmir Yolu Şirkəti (SNCF),  Fransanın Air France (hava yolları) şirkəti də tətilə qoşulub.

Son məlumata görə,  taksi və yük avtomobilləri  sürücüləri, elektrik istehsalı və paylanması şirkəti EDF-in, avtomobil zavodu “Renault”-un,  emal zavodunun, kənd təsərrüfatı, poçt  işçiləri də tətilə çıxıblar.

Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib

Dünən Fransa polisi Parisdəki  Prezident Sarayı ətrafında sədd qurmaqla  sıx təhlükəsizlik tədbirləri görüb. Şəhərə 180-ni motorlu 6 mindən çox əlavə  polis qüvvəsi cəlb olunub.

Ölkənin rəmzi olan Eyfel qülləsi sarı jiletlilərin də iştirak etdiyi nümayişlər səbəbiylə bağlanılıb,  sürət qatarı reyslərinin əksəriyyəti ləğv edilib.

Fransa mediasının verdiyi  məlumatına görə, Parisdəki ibtidai və orta məktəblərdə  müəllimlərin 80 faizi tətil etdiyi üçün dərslər keçirilmir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir