İranda qrip epidemiyası tüğyan edir

Əli Rza Rəisinin – səhiyyə nazirinin müavini  İranın rəsmi xəbər agentliyi IRNA-ya verdiyi məlumata görə,  keçən həftə 8 min 333 şəxs  qrip şikayətiylə xəstəxanalara müraciət edib.
Onların təxminən yarısı nəfəs darlığı səbəbiylə 2 gündən artıq müddətdə  xəstəxanalarda qalıblar, digər xəstələr ambulator müalicə alıblar.
Rəisi  keçən həftə qrip epidemiyasından  həyatını itirən  25 nəfər daxil olmaqla dünyasını dəyişənlərin  sayının 81-ə çatdığını söyləyib.
Onu da qeyd edək ki, son aylarda İranın  Gülüstan, Mazandaran, Kəhguliyə-Alıcı Əhməd, Kirman və Ahvaz yaşayış mntəqələrində H1N1 virusu (donuz qripi) da aşkarlanıb.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir