İtaliyada “Nəsimi günləri”

“Nəsimi ili” çərçivəsində  İtaliyada “Nəsimi günləri” keçirilir.

Bununla əlaqədar Neapol Şərqşünaslıq Universitetində italyan dilinə tərcümə edilmiş “Nəsimi poeziyası” kitabının təqdimatı olub.

Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə “Sandro Teti” nəşriyyat evi tərəfindən nəşr edilib. Topluda Nəsiminın 100-dən çox qəzəl və rübaisi çap olunub. İnanırıq ki, bu nəşr Nəsimi irsinin İtaliyada tanınmasında mühüm rol oynayacaq.

Təqdimat mərasimində Fond tərəfindən hazırlanan, Nəsiminin həyat və yaradıcılığından bəhs edən “Əbədi eşq günəsi” adlı sənədli film nümayiş etdirilib. Ardınca Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdaki bir neçə əsər bədii-musiqili kompozisya formasında təqdim olunub.

“Nəsimi günləri” İtaliyanın  Roma və Venesiya şəhərlərində davam edəcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir