Rusiya 4 il müddətinə beynəlxalq idman yarışlarından uzaqlaşdırıldı

Картинки по запросу "wada""

Ümumdünya Anti-dopinq Agentliyi (WADA) Rusiyanı dörd il müddətinə cəzalandırıb.

Bu, Rusiyanın analiz nəticələrinin məlumat bazasını saxtalaşdırdığına görə edilib.

WADA-nın qərarına əsasən Rusiya Tokioda keçiriləcək 2020-ci il Yay Olimpiadasında və Qətərdə keçiriləcək 2022 Futbol üzrə Dünya Çempionatı da daxil olmaqla, əsas beynəlxalq idman tədbirlərində iştirak edə bilməyəcək. Rusiyaya həmçinin  beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək də qadağan olunub.

Buna baxmayaraq, dopinq istifadə etmədiklərini sübut edən rusiyalı idmançlar  neytral bayraq altında yarışlarda çıxış edə bilərlər.

Qadağa Rusiyanın Avro-2020 futbol çempionatında iştirakına şamil olunmayıb. Beləliklə, həm də Sankt-Peterburq  oyun keçiriləcək şəhərlərdən biri olaraq qalacaq.

Qadağa barədə qərar WADA-nın İsveçrənin Lausanne şəhərində keçirilən iclasında qəbul edilib.

Rusiya 21 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.  Bunun üçün  Rusiya İdman Arbitraj Məhkəməsinə üz tutmalıdır.

Картинки по запросу "linda helleland wada rossiya""
WADA-nın vitse-prezidenti Linda Helleland

WADA-nın vitse-prezidenti Linda Helleland qadağanın “yetərli olmadığını” söyləyib və gələcəkdə Rusiyaya qarşı idman sanksiyalarının sərtləşdiriləcəyini istisna etməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir