2019 Nobel laureatlarına medal və diplomları təqdim olunub

1901-ci ildən bəri  Nobel mükafatları Alfred Nobelin vəfatının ildönümü günü –  10 dekabrda keçirilən mərasimlərdə laureatlara təqdim olunur.

Nobelin özünün müəyyən etdiyi prosedura əsasən,  fizika, kimya, fiziologiya və ya tibb, o cümlədən ədəbiyyat üzrə Nobel mükafatları İsveçin Stokholm şəhərində, Nobel Sülh Mükafatı isə Norveçin Oslo şəhərində verilir.

Stokholmda laureatlara  Nobel mükafatı medalını və diplomunu  İsveç kralı Karl XVI Gustaf  təqdim edib.

Osloda isə laureat Norveç Kralı Harald V  iştirakı ilə Norveç Nobel Komitəsinin sədrindən Nobel Sülh Mükafatını alıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir