Hersoginyanın həyatının dəyərli simvolları

Keyt Middltonun eyni barmağına nişan üzüyü ilə bərabər iki üzük taxmağı, yəqin ki, diqqətli pərəstişkarlarının gözündən qaçmayıb.

Bidiyiniz kimi, şahzadə Uilyam Keyt Middltona anası şahzadə Diananın  nişan üzüyü ilə evlənmə təklifi edib və “hə” cavabı alıb.

Ağ qızıldan olan nişan üzüyünü 1981-ci ildə Diana Spenser üçün şahzadə Çarlz 28 min dollara almışdı. 18 karatlıq göy sapfirin ətrafına 14 brilyant qaş düzülən üzüyün bugünkü qiyməti isə 85 min dollardır.

Amma maraqlıdır, dünyanın ən bahalı və gözəl nişan üzüyü siyahısına daxil olan  üzüklə bərabər taxdığı əlavə iki üzüyün Kembric hersoginyası üçün  özəlliyi nədir?!.

Bəli, bu üzüklər Keytə çox əzizdir. Uels qızılından çevrəsi boyunca brilyantlarla bəzədilmiş üzüyü həyat yoldaşı ona oğlu Corcun dünyaya gəlişi şərəfinə hədiyyə edib. Çəhrayı qızıldan olan ikinci üzük isə şahzadə Uilyamla Ketrin Middltonun Sent-Endryus Universitetində  tanışlıqlarının  rəmzidir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir