İlqim dəyişikliyi: BƏƏ-də alternativ qida bitkiləri axtarılır...

Qlobal iqlim dəyişikliyi əkin  torpaqlarında aşınma və şoranlaşmanı sürətləndirir. Bu səbəbdən  ərzaq təhlükəsizliyi hökumətlər üçün prioritet məsələdir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu problemin həllində daha effektli nəticə hasil etmək məqsədilə Qida Təhlükəsizliyi Nazirliyi qurub.

BƏƏ-nin  Qida Təhlükəsizliyi naziri  Məryəm Bint Məhəmməd Almei “ölkə vətəndaşlarını təhlükəsiz, yetərli miqdarda, zəngin tərkibli və uyğun qiymətli əlverişli qida ilə necə təmin etmək olar” sualına müsbət cavab vermək üçün  sərt təbiət şəraitində müxtəlif texnologiyaları  sınadıqlarını söyləyib.

Elm adamları ən çətin şərtlərdə məhsul yetişdirmək və məhsuldarlığı artırmaq üçün Dubaydakı Beynəlxalq Biosalt  Kənd Təsərrüfatı Mərkəzində (ICBA) araşdırma aparırlar.

Bu qeyri-kommersiya beynəlxalq təşkilatı gəlir səviyyəsi ən aşağı olan ölkələrə problemlə bağlı texnoloji həllər təklif edir. ICBA  aşağı gəlirli fermerlərin yeni  texnologiyalara yiyələnmələrini asanlaşdırmaq  üçün  münasib qiymətə  təklif “zərfi” hazırlayır.

Quraq ərazilərdəki fermerlərə kömək etməyin açarı duzlu, isti və quru mühitdə etibarlı məhsul verə biləcək bitki növləri  tapmaqdır. Toxumlar ICBA   müəssisələrində toplanılır və sınaqdan çıxarılaraq “ələnir”,  hansı məhsulların qida təhlükəsizliyi tələblərinə cavab verdiyi araşdırılır. Belə məhsullardan biri quinoadır.

ICBA-da proqram rəhbəri  Seta Tutundijan:

Kinoa Latın Amerikasından gətirilir. Yüksək səviyyədə duzluluğa dözə bilən unikal xüsusiyyətlərə malikdir. Quraqlığa da davamlıdır. Buğda və ya arpadan təxminən iki dəfə az suya ehtiyac duyur. Qidalandırma dərəcəsi çox yüksəkdir”.

Kinoa ilə yanaşı dəniz suyu ilə suvarıla bilən,  “Salicornia” və  dəniz qulançarı kimi  duzlu bitki növləri də diqqətəlayiqdir. Kənd təsərrüfatı mütəxəssisi  Dionysia Angeliki Lyra bu barədə deyib:

“Salicornia”həqiqətən maraqlı bir bitkidir. Səhra mühitində böyüyə bilir. Tamamilə dəniz suyu ilə suvarmaq mümkündür. Hal hazırda toxumun bioyanacaq potensialı ilə bağlı da araşdırmalar aparılır”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir