Ostrava şəhərindəki xəstəxanada qətliam törədən şəxs intihar edib

 

Картинки по запросу "чехия острава стрельба""

Çex Respublikasının Ostrava şəhər xəstəxanasının qəbul otağında atəş açaraq 4 nəfəri qətlə yetirmiş  naməlum şəxs  özünü vurub. Bəzi mənbələr qətlə yetirilənlərin 6 nəfər olduğunu yazır. 2 nəfərin yaralandığı bildirilir.

BBC-nin xəbərinə görə,  hadisəni törətməkdə  şübhəli bilinən şəxs olay yerinin  yaxınlığındakı avtomobildə özünə qəsd edib.

Polisi bu şəxsin “Renault Laguna” markalı  avtomobillə hadisə yerindən qaçdığını açıqlamışdı.

Xatırladaq ki, qanlı hadisə  bu gün səhər tezdən baş verib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir