“Washington Post”  məxfi sənədlərlə ABŞ-ın Əfqanıstan siyasətini ifşa edib

Vyetnam müharibəsinin də uğursuzluğu haqqında  gizli sənədləri yayımlayan ilk mətbu  orqanlardan olan “Washington Post”  ABŞ-ın 2002-ci ildən bəri işğal etdiyi Əfqanıstanla bağlı gizli sənədlər əldə edib.

Gizli sənədlər  amerikalı səlahiyyətli şəxslərin  Əfqanıstandakı vəziyyətlə  bağlı həqiqətləri gizlətməsinə, 18 illik müharibənin nəticələri haqqında ictimaiyyətdə yanlış fikir formalaşdırdıqlarına, əslində bu müharibənin qazanıla bilinməyəcəyinə dəlalət edir.

Sənədlərin ABŞ administrasiyasının Qətərdə Talibanla danışıqlar apardığı zamanı ortaya çıxdığı açıqlanıb.

Əldə edilən 2000 səhifəlik sənəd toplusu  Əfqanıstan müharibəsində birbaşa rol oynamış məmurların, generalların və diplomatların rəylərindən ibarətdir.

Rəsmən məsələyə münasibətləri öyrənilən  400-dən çox səlahiyyətli şəxs sənədlərlə Əfqanıstanda işlərin yaxşı getmədiyini və ABŞ-ın bataqlığa saplandığını bildirib.

General-leytenant Duglas Lute

Corc Buş və Barak Obama zamanında prezidentin Əfqanıstan üzrə köməkçisi, general-leytenantı Duglas Lute sənədlərdə vəziyyəti belə şərh edib:

Əfqanıstanı dərindən tanımaqdan uzaq idik. Nə etdiyimizi bilmirdik. Neçə bir yükün altına girdiyimizin fərqində deyildik”…

Rəyləri toplanılmış  məmurların əksəriyyəti ABŞ-ın hazırda Əfqanıstanda həyata keçirdiyi strategiyanın səhv olduğunu, hakimiyyətin bunu bildiyini, lakin ictimaiyyətdən gizlətdiyini ifadə ediblər.

Sənədlər prezident səviyyəsindən orta səviyyəli dövlət məmurunadək bütün ranqlarda ictimaiyyətə verilən məlumatların  təhrif olunduğunu ortaya çıxarıb.

2013-2014-cü illər ərzində Əfqanıstanda xidmət etmiş,  ABŞ qoşunlarının böyük məsləhətçisi Bob Krouli yazıb:

“Ən yaxşı mənzərəni yaratmaq üçün bütün məlumatlar dəyişdirildi”.

 

Müharibə xərcləri dəqiq deyil

Sənədlərdə əks olunan digər bir önəmli  məqam müharibə xərcləri ilə bağlıdır.

Şəxslər mütəmadi olaraq  müharibə xərclərinin düzgün hesablanmadığından bəs ediblər.

Rəsmi rəqəmlərə əsasən, müharibəyə 978 milyard dollar xərclənib. Bura Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməliyyatlarına və müharibə əlillərinə xərclənən  vəsait daxil deyil.

Pentaqonun məlumatlarına görə, 2001-ci ildən bəri Əfqanıstanda 775 min ABŞ əsgəri xidmət edib. Onlardan 2 min 300-ü  həlak olub, 20 min 589-u yaralanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir