Alimlər kainatın genişlənmə sürətini daha dəqiq əmsalla hesablayıblar

Cherenkov Teleskop Array (Avropa Kosmik Agentliyi)

Beynəlxalq astrofizik qrupu  qabaqcıl texnologiya və üsullardan istifadə edərək kainatın ən fundamental qanunlarından birini – genişlənməsini yenidən ölçüb.

Dünyanın müxtəlif coğrafiyasından olan 10 alimin imzası ilə  “Astrophysical Journal” elmi jurnalın bu ay dərc edilmiş yeni məqaləsində  kainatın genişlənmə dərəcəsini ifadə edən “Hubble Sabiti”nin dəqiqləşdirilməsi haqqında danışılır.

“Kosmologiya –  kainatımızın təkamülünü, keçmişdə necə inkişaf etdiyini, indi nə etdiyini və gələcəkdə nə baş verəcəyini anlamaqdan ibarətdir”,

– deyən  Clemson Universitetinin fizika və astronomiya dosenti Marco Ajello:

Məlumatlarımız mümkün qədər dəqiq  ölçməyə çalışdığımız (“Hubble Sabiti”i də daxil) bir sıra parametrə söykənir. Bu tədqiqatda həm orbitdə, həm də yerdə olan teleskopların göstəricilərini təhlil edən komandamız kainatın nə qədər sürətlə genişlənəcəyinə dair ən yeni əmsallardan  birini təyin etdi.

Amerikan astronomu Edvin Hubble (1889-1953)   genişlənən kainat ideyasını irəli sürən  ilk alimdir. Eyni zamanda XX əsrin əvvəllərində çox sayda qalaktikaların olduğunu iddia edən ilk elm adamlarından olan Hubble  tədqiqatlarının birində ən məşhur kəşfini edib: qalaktikalar aralarındakı məsafəyə mütənasib nisbətdə bir-birindən uzaqlaşırlar. Başqa sözlə, bir-birindən daha uzaq olan qalaktikalar  daha sürətlə uzaqlaşırlar.

Əvvəlcə Hubble   genişlənmə sürətinin hər meqaparseklik məsafə artımının  saniyədə 500 kilometr sürətə uyğun olduğunu hesablayıb. Beləliklə, o, 2 meqaparsek  məsafədə olan qalaktikaların 1 meqaparsek olanlara nisbətən bir-birindən 2 qat daha sürətlə uzaqlaşacağını kəşf etdi. Bu müşahidə kainatın genişləndiyinin  ilk  sübutu idi.  Beləcə, Hablın əmsalı  “Hubble’s Constant” – Habl sabiti kimi  tarixə düşüb.

O zamandan  bəri astronomlar bu əmsalı  korrektə edərək həssaslıqla dəqiqləşdirməyə çalışırlar. Sürətlə inkişaf edən texnologiyalar sayəsində ilkin hesablamalar ciddi şəkildə dəyişib. Genişləmə sürəti əmsalı bu gün (kəskin dərəcədə azalıb) saniyədə 50 ilə 100 kilometrə qədər olan megaparsek məsafədir. Son on ildə Plank Kosmik Teleskopu kimi yüksək texnologiyalı  mürəkkəb cihazlarla ölçmələrin dəqiqliyi  ciddi  dərəcədə artırılıb.

Yeni araşdırmada tədqiqatçılar Fermi Gamma Ray Kosmik Teleskopu və Yerin Atmosferik Çerenkov Teleskoplarından (IACT) əldə edilən ən son qamma-şüa azalma məlumatlarını müqayisə ediblər  və onları qalaktikasız fon radiasiya modellərindən istifadə edərək hesablayıblar. Bu yeni yanaşma ilə hər megaparsek məsafəyə saniyədə 67,5 kilometr sürət  müəyyənləşdirilib.

Gamma şüaları işığın (elektromaqnit dalğaları) ən yüksək enerji formasıdır.  Ekstragalaktik fon işıqları (EBL) ulduzların yaydığı bütün ultrabənövşəyi, görünən və infraqırmızı şüa  növləri bir topada bir növ  kosmik dumana bənzəyir.  Gamma şüaları EBL ilə qarşılaşdıqda  bu duman  qismən dağılır və  elm adamlarının  təhlillərində istifadə edə biləcəkləri izlər buraxır.

“Astronomiya cəmiyyəti bütün fərqli parametrləri ilə daha dəqiq kosmoloji ölçmələri aparmaq üçün böyük məbləğdə  pul  yatırır, qaynaq cəlb edir” söyləyən  Klemson Universitetinin fizika və astronomiya professoru Diet Hartmann “Hubble Sabiti”nin bunlardan biri olduğunu vurğulayıb:

Bu fundamental əmsal hazırkı halı ilə kainatı  öyrənməyimizə yardımçı olur.  Qanunlar haqqında bilgilərimiz nə qədər dəqiq olarsa, kainatı da bir o qədər aydın  dərk edərik.  Bu, yeni qavramlara  və kəşflərə səbəb olacaq.

Kainatın genişlənməsinin ən çox yayılmış bənzətmələrindən biri üzərində  nöqtələr  olan balondur. Bu nöqtələrin hər birini  bir qalaktika fərz etsək, şar şişdikcə bu nöqtələr arasında məsafə necə genişlənirsə, kainat genişləndikcə  qalaktikalar da  oxşar formada bir-birindən uzaqlaşır.

466321a-f1.2.jpg
Balon bənzətməsi kainatın genişlənməsini təsvir etmək üçün istifadə olunur.
Clemson Universitetinin  tədqiqatçı əməkdaşı Desai:

Bəziləri balonun müəyyən bir nöqtəyə qədər şişəcəyini və daha sonra yenidən “boşalacağını” söyləyir. Ancaq ən çox inanılan fərziyyəyə görə, kainat hər şey bir-birindən çox uzaq oluncaya  və müşahidə edilə bilən bir işıq olmayana qədər genişlənməyə davam edəcək…

“O anda kainat soyuq bir ölümlə qarşılaşacaq.  Əgər  belə olacaqsa, bu,  trilyonlarla il sonra baş verəcək. ”

Bəs, balonu şişirən nədir?

“Ulduzlar, planetlər və hətta bizi təşkil edən maddə də kainatın ümumi tərkibinin yalnız kiçik zərrələridir”  qeyd edən Ajello:

Kainatın çox hissəsi qaranlıq enerji və qaranlıq maddədən ibarətdir və biz düşünürük ki, ‘qabarcıq’ qaranlıq enerjidir. Qaranlıq enerji hər şeyi itələyir. Cisimləri cəlb edən cazibə qüvvəsi yerli miqyasda ən güclü qüvvədir, buna görə bəzi qalaktikalar dağılmağa davam edir. Lakin kosmik məsafələrdə üstünlük təşkil edən qüvvə qaranlıq enerjidir.

deyib…

Alberto Dominguez –  Madridin Computense Universitetinin baş redaktoru əlavə edib:

Kosmologiya tədqiqatlarında qamma şüalarından  istifadə etməyimiz diqqətəlayiq haldır. Bizim üsulumuz  kainatın əsas xüsusiyyətlərini öyrənmək üçün müstəqil   strategiya qurmağımıza  imkan verir.

Yeni araşdırmada istifadə edilən metodikaların əksəriyyəti Ajello və həmkarları tərəfindən aparılan  əvvəlki işlərdə də istifadə edilib .

Onu da qedy edək ki,   Ajellonun rəhbərlik etdiyi  qrup   tarix  boyunca ulduzların kainatda yaydığı bütün işığı ölçməyə müvəffəq olub. Bu  elmi-tədqiqat işi “Science” (“Elm”) jurnalında  dərc  edilib.

“Bildiyimiz budur ki, qalaktikadan kənar mənbələrdən  kainat boyunca Yer kürəsinə doğru gələn  qamma-fotonlar ulduz işıqlarının fotonları ilə  rastlaşdıqda  zəifləyir – “sönür”, – deyən Ajello fikrini belə tamamlayıb:

Bu qarşılıqlı təsirin dərəcəsi işığın kainatda keçdiyi məsafədən asılıdır. Eyni zamanda bu yolboyu baş verən  genişlənməyə bağlı olaraq da dəyişir. Genişlənmə kiçik olsa – qısa  məsafə, böyük olarsa – analoji olaraq  çox uzun məsafə qət edilir.  Beləliklə, ölçdüyümüz “sönmə” Hubble Constant ilə sıx bağlıdır.

Gələcəkdə tədqiqatçılar hesablama metodikalarını müxtəlif orbital və yerüstü  teleskopların göstəricilərini   birləşdirməklə daha da təkmilləşdirməyi  hədəfləyirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir