Basketbol: Azərbaycan komandası Ermənistanla bir qrupda yarışacaq

Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb.

Almaniyanın Frayzinq şəhərində keçirilən püşkatmada  Azərbaycan millisinin qrup rəqibləri müəyyənləşib.

Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrup matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik (İralndiya) şəhərində keçiriləcək.

Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları yarışacaqlar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir