DİN: ötən günün kriminal xronikası

Azərbaycan Daxili İşlər Nazirliyi ötən günün kriminal xronikasını təqdim edib.

Dünən  daxili işlər orqanları gün ərzində törədilmiş 27 cinayətin üstünü  “isti izlər”lə açıblar. Eyni zamanda:

  • Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində  21 nəfər saxlanılıb.
  • Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər həyatını itirib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir