Gürcüstanlı çoban qoyun və it sürüsü ilə dövlət sərhədini keçib

Dövlət Sərhəd Xidməti bu barədə məlumat yayıb. Hadisə Şəmkir rayonunda,  “Cey­rançöl” adlanan əraziyə yaxın yerdə qeydə alınıb.  Dekabrın 6-da sərhədçilər 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçdiyini  müşahidə ediblər.

Sərhəd naryadı  qoyun sürüsünü  ərazidən çıxararkən  sürünü qoruyan 10-a qədər çoban iti  sərhədçilərimizə hücum edib.  Sərhəd naryadı həyati  təhlükə yaran­dığı üçün  əvvəl  havaya atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib.

Xidmətin bəyanatında deyilir:

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə etmiş, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olmasını aşkar et­mişdir.

Çobanın hansı şəraitdə, necə yaralandığı haqqında məlumat verilməsə də, sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rildiyi  və yaxınlıqdakı tibb müəssisəsinə aparıldığı, səhhətinin qənaətbəxş olduğu  bildirilir.

Şəxsin şəxsiyyəti dəqiqləşdirilib. Məlum olub ki, o, Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini, 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğludur.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub və  sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.

Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq  hadisəni araşdırır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir