Ən güclü donanmaya sahib ölkələr

Amerikanın “National İnterest” jurnalı ən güclü donanmaya sahib ölkələrin siyahısını açıqlayıb.

Gəmilərinin sayının çoxluğu və fəaliyyət sahəsinin genişliyi əsas götürülərək birinci yer  ABŞ Hərbi Dəniz Qüvvələrinə verilib. Materialda deyilir ki, heç bir dəniz donanmasının Sakit , Atlantik və Hind okeanlarında, eləcə də Aralıq dənizi, Fars körfəzi və Afrika buynuzunda müntəzəm olaraq fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələri kimi qlobal əhatə dairəsi yoxdur”.

Jurnalistlər dəqiqləşdiriblər ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 288  gəmisinin sırasına  10 təyyarə daşıyıcısı, 62 qırıcı və 17 freqat daxildir.

Siyahıda ikinci yeri Çin Donanması tutub. Məqalədə bildirilir ki,  donanma son 25 ildə uzun bir yol keçib və hazırda 25 qırıcı , 42 freqat, 3 enmə gəmisi və daha bir çox avadanlığa sahibdir.

Jurnalın rəyinə görə, Rusiya  donanması gücünə görə dünyada üçüncüdür. Yazılır ki,  Rusiya Hərbi Dəniz Qüvvələri sovet gəmilərinin böyük hissəsini miras alsa da, donanmaya mütəmadi  yeni avadanlıqlar gəlir. Jurnalistlərin hesabınca, Rusiya donanmasında 79 böyük gəmi, o cümlədən 13 qırıcı, 1 təyyarə gəmisi, 5 kreyser və 52 sualtı qayıq var. Demək olar ki, əksəriyyəti  Soyuq Müharibə illərində yaradılıb.

Dördüncü yerdə Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələridir. Onun da  19 freqat və qırıcısı, 3 böyük gəmisı, 7 nüvə hücum sualtı qayığı və ballistik raketləri olan 4  sualtı qayığı var.

114 gəmi ilə Yapon donanmasın beşinci yerdə qərarlaşıb.  Bu ölkənin sualtı donanması (16 gəmidən ibarətdir) dünyanın ən yaxşı donanması sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir