ABŞ sanksiya tətbiq edərsə, Türkiyə İncirlik və Kürəcik bazaları məsələsinə yenidən baxa bilər...

 

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini nəzərdə tutan  qanun layihəsini qəbul edib.

Yenə də əsas olaraq Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə kompleksləri alması göstərilib.

Türkiyənin səlahiyyətli şəxsləri dərhal ABŞ-ın növbəti sanksiya təşəbbüsünə reaksiya verərək  heç bir vəchlə S-400  sövdələşməsindən  imtina edilməyəcəyini sərt dillə bir daha təkrarlayıblar.

Prezident sözcüsü İbrahim Kalının bu bəyanatından əvvəl Xarici İşlər naziri  Çavuşoğlu da məsələyə münasibət bildirib və Türkiyəyə qarşı sanksiya tətbiq olunarsa,  buna adekvat cavab veriləcəyini, bu zaman  İncirlik və Kürəcik hərbi bazaları məsələsinə yenidən baxılacağını da istisna etməyib…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir